İndoneziyada şiddətli yağışlar həyatı iflic etdi

İndoneziyada şiddətli yağışlar həyatı iflic etdi

İndoneziyanın müxtəlif yerlərində yağan güclü yağışların səbəb olduğu daşqınlar həyatı iflic vəziyyətə salıb.
Yeniavaz.com “AA”ya istinadən xəbər verir ki, məlumat, İndoneziya Milli Fəlakət Agentliyinin rəhbərliyi (BNPB) tərəfindən verilib.
Leysan yağışların təsiri ölkənin əsasən, Qərbi Cava əyalətinin Sukabumi bölgəsində və paytaxt Cakartada hiss olunub.
Səlahiyyətli şəxslər, Sukabumidəki sel nəticəsində 20 nəfərin yaralandığını və 3 nəfərin isə itkin düşdüyünü ifadə edib.
Evlərinə ziyan dəymiş 210 ailənin daşqınların hökm sürdüyü bölgələrdən evakuasiya olunduğu bildirilib.
Həmçinin qeyd edilib ki, 1 ibadətxana və 10 körpü daşqınlar nəticəsində ciddi zərər görüb.
Cakartada prospekt və küçələrdə yığılan su nəqliyyatın gediş-gəlişinə mane olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 11 =