İndoneziyada terror aktı törədilib, yaralananlar var

İndoneziyada terror aktı törədilib, yaralananlar var

İndoneziyanın Bandunq şəhərində polis bölməsində baş verən terror aktında azı üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, polis idarəsinin daxilində partlayışı kamikadze törədib.

Daha öncə “Antara” agentliyi partlayışın yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 05:30) baş verdiyini bildirmişdi.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =