İndoneziyada torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb

İndoneziyanın Şimali Kalimantan əyalətinin Tarakan şəhərində baş verən torpaq sürüşməsi nəticəsində azı 10 nəfər ölüb.
İnterAz “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb.
Torpaq sürüşməsi intensiv yağan yağışlar nəticəsində baş verib.
Təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır.