İndoneziyalılar da sionist rejimə qarşı etirazlara qatıldı + Foto

İndoneziyalılar da sionist rejimə qarşı etirazlara qatıldı + Foto

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin xalqına dəstək verən indoneziyalılar, sionist rejimin fələstinlilərə və Qəzza zolağına hücumlarına etiraz olaraq ABŞ-ın Cakartadakı səfirliyi qarşısında aksiya keçirmişlər.

“Antara News”-un məlumatına görə, yüzlərlə indoneziyalı, çərşənbə axşamı günü Vaşinqton səfirliyi qarşısında bu ölkənin sionist rejimin Fələstin xalqına qarşı hücumlarına verdiyi dəstəyə etiraz olaraq nümayiş keçirmişlər.

İsrailin son bir neçə gündə fələstinlilərə qarşı tətbiq etdiyi hərbi zorakılıqlar dünyada böyük etiraz dalğalarına səbəb olub.

İndoneziya Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə keçirilən etiraz mitinqində ABŞ prezidenti Co Baydendən, sionist rejimin bu günə qədər qadın və uşaqlar da daxil olmaqla 200-dən çox fələstinlinin ölümünə səbəb olan vəhşicəsinə hücumlarına dəstəyə son qoyulmasını tələb etmişlər. Həmkarlar ittifaqları ilə yanaşı, tələbələr, gənclər və digər indoneziyalı mədəni ictimai təşkilatlarının üzvləri də bu etirazlara qatılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 11 =