İndoneziyalılar Fransa səfirinin qovulmasını tələb edirlər (Fotolar)

İndoneziyalılar Fransa səfirinin qovulmasını tələb edirlər (Fotolar)

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Minlərlə indoneziyalı Fransa Prezidentinin Peyğəmbəri (s) təhqir etməsi və Paris hökumətinin anti-İslamçı mövqeyinə etiraz olaraq küçələrə çıxdı.

Fransada İslam Peyğəmbərinə (s) qarşı təhqiramiz karikatura yayımlanması və bu pis əməllərə hökumət və ölkə Prezidentinin dəstəyinə dair qlobal etirazlardan sonra, İndoneziya müsəlmanları bu gün (bazar ertəsi) nümayiş etdilər.

Reuters-in verdiyi məlumata görə, minlərlə indoneziyalı Fransa səfirliyi qarşısında aksiya keçirərək Fransa Prezidenti Emmanuel Makronun anti-İslamçı çıxışlarını qınadı və səfirin qovulmasını tələb etdi.

Əlində Makronun karikaturaları çəkilmiş plakatları tutan indoneziyalılar onu “əsl terrorçu” kimi xarakterizə etdilər və dediklərindən geri çəkilməsini və dünyadakı bütün müsəlmanlardan üzr istəməsini tələb etdilər.

Fransız səfirinin İndoneziyadan qovulmasına əlavə olaraq, etirazçılar ölkəyə idxal olunan fransız məhsullarınını boykot edilməsinin vacibliyini vurğuladılar.

İndiyə qədər bir çox İslam ölkəsində Fransa bayrağı və Prezidentin fotoşəkili yandırıldı və ya səfirliyin qarşısında mitinqlər təşkil edildi və müsəlmanlar Fransa rəsmilərindən rəsmi bir üzr istəməsini tələb etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + three =