İnflyasiya Norveçi vurdu – Son 34 ildə ilk dəfə rekord həddə bahalaşma

İnflyasiya Norveçi vurdu – Son 34 ildə ilk dəfə rekord həddə bahalaşma

Publika.az xəbər verir ki, bu barədə Norveç Mərkəzi Statistika Bürosu məlumat yayıb.

Mərkəzi Statistika Bürosunun sözçüsü Espen Kristiansen qeyd edib ki, iyun ayında yanacaq və ərzaq qiymətlərinin artması illik inflyasiyanın daha da sürətlənməsinə səbəb olub. Belə ki, təkcə son bir ayda ərzaq məhsulları 2 faiz bahalaşıb. “Bu qiymət səviyyəsi qeyri-adi dərəcədə yüksəkdir”, – deyə o bildirib.

Bundan əvvəl “Eurostat” bildirmişdi ki, iyun ayında avrozonada ərzaq, tütün və alkoqolun qiymətlərində artım rekord həddə – 8,9 faizə qədər bahalaşıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 15 =