İngiltərə Beynəlxalq Cinayət Məhkəməsinin müstəqilliyinə hörmət edir
Britaniya hökumətinin sözçüsü bir bəyanatda İngiltərədə Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı həbs orderinə əsasən Netanyahu və Qallantın həbs edilib-edilməməsi ilə bağlı indiyə qədər dəqiq cavab verməkdən imtina etməsinə rəğmən, ölkənin müstəqilliyinə hörmət etdiyini vurğulayıb.
İRNA-nın məlumatına əsasən, Britaniya Leyboristlər Partiyasının keçmiş rəhbəri Ceremi Korbin, baş nazir Keir Starmer və xarici işlər naziri David Lemmidən Beynəlxalq Cinayət Məhkəməsinin “çoxdan əvvəl verilməli olan” həbs qərarlarını mümkün qədər tez dəstəkləmələrini istəyib.
Qeyd edək ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi dünən axşam (21 noyabr) Netanyahu və Qalantın hərbi cinayətlər, insanlığa qarşı hörmətsizlik və Qəzza xalqına qarşı aclıqdan silah kimi istifadə etməkdə ittiham edərək həbs qərarı verib.
Bu, ilk dəfədir ki, Haaqa Məhkəməsi sionist məmurun həbsinə order verir.