İngiltərə İsrailə silah satışını dayandırmağa hazırlaşır – İddia

İngiltərə İsrailə silah satışını dayandırmağa hazırlaşır – İddia

İsrail hökumətinin bir müddət əvvəl İngiltərədə hakimiyyətə gələn Leyboristlər Partiyası hökumətindən İsrailə silah satışını dayandırmasını gözlədiyi və digər ölkələrin də bu addımı atacağından narahat olduğu açıqlanıb.

“Yediot Ahranot” qəzetinin məlumatına görə, İngiltərədə Keir Starmerin rəhbərlik etdiyi yeni hökumət İsrailə silah satışını dayandırmağa hazırlaşır.

İsrail hökuməti hesab edir ki, Britaniyanın Tel-Əvivə müdafiə ixracı lisenziyasını yaxın günlərdə ləğv edəcək. Bildirilib ki, Təl-Əviv administrasiyası regiondakı digər ölkələrin də oxşar addımlar ata biləcəyindən narahatdır.

Keir Starmerin rəhbərlik etdiyi İngiltərədə yeni hökumət bir neçə gün əvvəl İsrailin baş naziri Binyamin Netanyahu haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) əvvəlki hökumətin etirazını geri götürüb.

Hökumət həmçinin yanvar ayında kəsilən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini davam etdirəcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 13 =