İngiltərə kralının qaradərili ilə əl sıxışmaqdan imtina etməsi-Video

İngiltərə kralının qaradərili ilə əl sıxışmaqdan imtina etməsi-Video

İngiltərə Kraliçasının dəfn mərasimindən çəkilmiş olan yeni bir videoda onun varisi irqçilik hərəkəti edərək izdiham arasındakı qaradərili bir kişi ilə əl sıxmaqdan imtina edir.

İngiltərənin yeni kralı III Çarlzın qaradərili kişi ilə əl sıxmaqdan imtina etdiyini əks etdirən video yayılıb.

Videoda Kraliçanın Bukingem Sarayının qarşısındakı dəfn mərasimində iştirak edən izdihamla əl sıxdıqdan sonra o, irqçilik nümayiş etdirir və  qaradərili afrikalı ilə əl sıxmaqdan imtina edir və ona məhəl qoymur, sonra başqaları ilə əl sıxır.

İngiltərə kralının bu hərəkəti müxtəlif sosial şəbəkələrdə çoxlu reaksiyalara və müzakirələrə səbəb olub və bir çoxları onu inadkar irqçi kimi qələmə verib. Onun bu hərəkəti keniyalıları da qəzəbləndirib.

Anası Kraliça II Yelizavetanın ölümündən sonra İngiltərə Kralı seçilin III Çarlz, son günlər etdiyi çoxsaylı hərəkətlər səbəbiylə mübahisələrə səbəb olmuş və atası Şahzadə Filipin xatirəsini çoxları üçün canlandırmışdır.

Bundan əvvəl, sentyabrın 10-da İngiltərə kralının bir neçə sənəd imzalayarkən öz qulluqçuları ilə alçaldıcı davranışı kiberməkanda geniş əks-səda doğurmuşdu.

İstifadəçilər tərəfindən yerləşdirilən video və şəkillərdə o, dişlərini sıxaraq və qəzəbli davranışı ilə köməkçilərindən birinin onun qabağından nəyisə götürməsini əmr edir.

Bu rəftarlara əlavə olaraq, Çarlz adının çoxsaylı qalmaqallara bağlandığı bir vəziyyətdə taxtın varisinə çevrildi.

Məsələn, ötən ay “The Times” qəzeti İngiltərənin gələcək kralı Şahzadə Çarlzın “Əl-Qaidə” terror qruplaşmasının keçmiş lideri Usamə bin Ladenin qohumlarından içərisində 1 milyon funt-sterlinq olan pulqabı aldığını yazıb.

Bu Britaniya qəzeti Şahzadə Çarlzın bu məbləği şəxsən Əl-Qaidə liderinin ögey qardaşları və 11 sentyabr hücumlarının təşkilatçısı olan “Bəkr bin Laden” və onun qardaşından aldığını yazıb.

Çarlzın şəxsi həyatı və Uels şahzadəsi Şahzadə Diana ilə evliliyi də bir çox eniş-yoxuşlara malik olub. Diana və Çarlz 1981-ci ildə evləndiklərini elan etdilər. Lakin bu evlilik Çarlzın evlilikdən əvvəl yaşadığı romantik münasibətə görə uzun sürmədi və 1992-ci ildə ayrıldılar. Bu müddət ərzində Çarlz Kamilla Parker ilə münasibətə başladı və daha sonra Kamilla ilə romantik münasibətdə olduğunu etiraf etdi.

Daha sonra Diana verdiyi müsahibədə əri Çarlzın eyni vaxtda Kamilla Parkerlə gizli münasibətdə olduğunu və ayrılmalarının səbəblərindən biri olduğunu açıqlamışdı. Diana nəhayət 1997-ci ilin avqustunda şübhəli avtomobil qəzasında həlak oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 2 =