İngiltərə parlamentinin hesabatı: İran hələ də Yaxın Şərq balanslarında təsirli bir gücdür
İngiltərə parlamentinin saytında dərc olunan son hesabata görə, Qərbin sanksiyalarına və regionda baş verən son hadisələrə baxmayaraq, İran hələ də Yaxın Şərqdə güclü hesab olunur və onun dünyanın əsas ölkələri ilə əlaqələri genişlənir.
İngiltərənin İcmalar Palatasının Kitabxanasının tədqiqatçıları tərəfindən dərc edilən bu hesabatda İranın regional təsirini ötən il baş verən hadisələrin fonunda araşdırmağa çalışılıb. Qərb analitikləri müqavimət cəbhəsinin üzləşdiyi problemlər barədə danışmağa çalışsalar da, bu hesabatda təqdim olunan məlumatlar İranın geniş təzyiqlərə baxmayaraq, hələ də bir çox regional və beynəlxalq işlərdə əsas oyunçu olduğunu göstərir.
Bu hesabatda vurğulanır ki, İran hələ də regiondakı müttəfiqləri ilə dərin əlaqələrə malikdir və Qərbin təzyiqlərinə baxmayaraq, müxtəlif sahələrdə nüfuzlu strukturlar formalaşdırıb. İngiltərə parlamentinin hesabatında Tehranın İraqın siyasi proseslərindəki rolu, Fələstin müqavimətini dəstəkləməsi, Yəmən balanslarında effektiv iştirak və Livanla strateji əlaqələr kimi məsələlərə işarə edilir və İranın regionda öz təsirini saxladığı etiraf edilir.
Bu hesabatın müəllifləri İranın bölgədəki müqavimət hərəkatlarına, o cümlədən fələstinli qruplara dəstəyinə işarə edərək, hərbi və iqtisadi təzyiqlərə baxmayaraq, bu qrupların strukturlarının dağılmadığını etiraf edirlər. Sözügedən hesabatda qeyd olunur ki, Qərbin İranın Yaxın Şərqdəki gücünü məhdudlaşdırmaq cəhdi nəinki nəticəsiz qalıb, həm də Tehranın beynəlxalq aktorlarla əlaqələrini gücləndirib.