İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

İngiltərə Premyer Liqasının 17-ci turunun matçında “Mançester Yunayted” “Nottingem Forest”lə qarşılaşıb.

“Report” xəbər verir ki, Mançesterdəki “Old Trafford” stadionunda keçirilən görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qırmızı şeytanlar”ın heyətində Markus Raşford, Antoni Marsyal və Fred qola imza atıblar.

Beləliklə, “Mançester Yunayted” aktivində 29 xalla İngiltərə çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Nottingem Forest” 13 xalla liqada 19-cudur.

“Mançester Yunayted” növbəti turda “Vulverhempton”la qarşılaşacaq. Görüş dekabrın 31-də Mançester təmsilçisinin stadionunda baş tutacaq. “Nottingem Forest” isə yanvarın 1-də evdə “Çelsi” ilə qarşılaşacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 6 =