İngiltərə vətəndaşlarının AB ölkələrinə girişinə qadağa qoyula bilər
Avropa Birliyinə üzv ölkələrin hökumətləri, İngiltərə vətəndaşlarının ölkələrinə girişini qadağan edə bilər və onunla bütün sərnişin nəqliyyat əlaqələrini dondura bilər. Bu barədə “The Times” məlumat yayıb.
“AB üzv dövlətləri ölkə vətəndaşlarının səhəttini qorumaq məqsədi ilə lazım olarsa sərnişin daşınması və (koronavirus geniş yayılmış ölkələrdən) ölkələrə girişə müvəqqəti qadağalar qoymaqda sərbəstdirlər”, qəzet yazır.
Qəzetin məlumatına görə, Almaniya kansleri Angela Merkel tərəfindən dəstəklənən təklif hazırda AB-də nəzərdən keçirilir.
SALAMNEWS.ORG