İngiltərə Xarici İşlər Naziri: İnsan haqlarına əhəmiyyət vermədən ticarət edin!
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, əldə olunan bir səs faylında, İngiltərə Xarici İşlər Naziri Dominik Raab, İngilis rəsmilərinə, İngiltərənin digər ölkələrlə ticarət əlaqəsi qurarkən insan haqlarının pozulmasına diqqət etməməsi lazım olduğunu söyləyib.
Dominik Raab bu səs faylında belə deyib: “Düşünürəm ki, dünyada sərbəst ticarət etməliyik. Ticarətimizi Avropa İnsan Hüquqları Konvensiyasının standartları ilə uyğunlaşan ölkələrlə məhdudlaşdırsaq, gələcəkdə inkişaf etməkdə olan ölkələrlə ticarət etmək üçün bir çox imkanları itirəcəyik.”
Beynəlxalq Əfv Təşkilatı (Amnesty International), Dominik Raabın dediklərinə belə reaksiya verib: “Ticarətə görə insan haqlarını qurban vermək istəyi şokedici xəbər olsa da, təəssüflər olsun ki, heç də təəccüblü deyildir. Bu açıqlamalar hökumətin insan haqları ilə bağlı irəli sürdüyü məyusedici siyasəti ilə tam uyğundur.”