İngiltərə Yəməndəki cinayətləri qeydə almayıb

İngiltərə Yəməndəki cinayətləri qeydə almayıb

Eastnews.org-un verdiyi xəbərə görə, İngiltərə hökumətinin Səudiyyə Ərəbistanının Yəməndəki mülki şəxslərin ölümünə səbəb olan hücumları beynəlxalq humanitar hüquq pozuntuları ilə əlaqəli qeydlərə əlavə etmədiyi bildirilib.

“Guardian” qəzetinin yazdığına görə, Yəməndəki əksər qanun pozuntuları silah satışına dair icazələr çərçivəsində Müdafiə Nazirliyinin qeydlərinə daxil edilməyib.

Keçən iyul ayından etibarən məlumat bazasında təxmini 500-dən çox pozuntu qeydə alınmayıb, lakin insan haqları qrupları Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin 20.000-dən çox hava zərbəsi endirdiyi müharibədə pozuntuların həqiqi sayının daha çox olması lazım olduğunu ifadə edib.

Qeyd edək ki, İngiltərənin satdığı ölkələrdən biri də Səudiyyət Ərəbistanıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =