İngiltərədən ABŞ-la bağlı xəbərdarlıq: İqtisadiyyat çökəcək, panika yaşanacaq

İngiltərədən ABŞ-la bağlı xəbərdarlıq: İqtisadiyyat çökəcək, panika yaşanacaq

Publika.az xəbər verir ki, ABŞ-dakı defoltun işsizlik də daxil olmaqla, bir sıra qlobal iqtisadi problemlərlə nəticələnəcəyi ehtimal edilir. Bu barədə Britaniyanın “The Economist” qəzeti yazır. Bildirilir ki, bu halın dolların əsas ehtiyat valyutası kimi dəyişdirilməsini gündəmə gətirəcəyi gözlənilir.

Nəşr qeyd edir ki, defolt elan edildikdən sonra investorlar dollara investisiya qoya bilərlər, çünki o, tarixən böhranlar zamanı “təhlükəsiz liman” olub. Lakin ABŞ-da uzun müddətdir yaranmış ümumi inamsızlıq nəzərə alınsa, dollara alternativ və Amerika maliyyə sistemi ilə bağlı suallar ortaya çıxacaq. Materialın müəllifləri iddia edirlər ki, əksər ölkələrin Amerika sabitliyinə inamı itəcək və onu qaytarmaq, demək olar ki, mümkün olmayacaq.

Yazıda vurğulanır ki, kredit reytinqlərinin davamlı aşağı düşməsi vəziyyəti daha da ağırlaşdıraraq, ipoteka faizlərinin yüksəlməsinə səbəb olacaq və daşınmaz əmlak sektoruna zərbə vuracaq. Müəlliflərə görə, banklar kredit verməkdən imtina edə bilər ki, bu da böyük bir panikanın yaranacağı ehtimalını artırır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + three =