İnqilab Rəhbəri ABŞ-la danışıqların nəticə verəcəyini gözləmir

İnqilab Rəhbəri ABŞ-la danışıqların nəticə verəcəyini gözləmir

Ayətullah Xamenei: ABŞ-la danışıqlardan nəticə gözləmirik

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei ABŞ-la hazırkı danışıqların uğurlu olacağını gözləmir.

APA xəbər verir ki, bu barədə o, helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və digərlərinin xatirəsini anma mərasimində deyib.

Rəisi dövründə aparılan dolayı danışıqlar nəticəsiz qaldı

Xamenei qeyd edib ki, bundan sonra nə baş verəcəyi bəlli deyil: “Rəisi dövründə dolayı danışıqlar olub, lakin heç bir nəticə olmadı. Biz onun indi də hər hansı nəticəyə gətirib çıxaracağını gözləmirik və nə baş verəcəyini də bilmirik”.

Tehran: Qadağalara baxmayaraq, zənginləşdirmə davam edəcək

Qeyd edək ki, İran-ABŞ danışıqlarının 4-cü raundundan sonra ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Stiv Uitkoff bildirib ki, ABŞ İranda uranın bir faiz belə zənginləşdirilməsini qəbul etməyəcək. İran XİN rəhbəri Abbas Araqçi buna cavab olaraq bildirib ki, razılıq əldə olunub-olunmasa da, uranın zənginləşdirilməsinə dəfələrlə qadağa qoyulmasına baxmayaraq, Tehran bu prosesi davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + sixteen =