İnqilab Rəhbəri: Ayətullah Ələvi Qorqani həmişə xalqın yanında və rejimə dəstək olub

İnqilab Rəhbəri: Ayətullah Ələvi Qorqani həmişə xalqın yanında və rejimə dəstək olub

Həzrət Ayətullah Xamenei xatırladıb: Ayətullah Ələvi Qorqani həmişə xalqın yanında və rejimə dəstək olub.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei rəbbani alim Hacı Seyid Məhəmmədəli Ələvi Qorqaninin vəfatı ilə bağlı başsağlığı verib.

İnqilab Rəhbərinin mesajının mətni belədir:

Allahın adı ilə

Ayətullah Hacı Seyid Məhəmmədəli Ələvi Qorqaninin vəfatı münasibətilə Qum seminariyasına və onun bütün tələbələrinə, müqəllidlərinə, xüsusən də, bu nəcib insana və onun möhtərəm atası cənab Hacı Seyidə Səccad Ələviyə xüsusi məhəbbəti olan Gülistanın mömin əhalisinə və alimin əziz övladlarına başsağlığı verirəm.

Bu böyük alim inqilabın müxtəlif sahələrində və ölkə məsələlərində daima vəfadarlıqla xalqın yanında olmuş və müqəddəs rejimi dəstəkləmiş və dəyərli xidmətlər göstərmişdiri ki, inşallah ilahi lütf və mərhəmətə səbəb olar. Uca Allahdan onun məqamını ucaltmasını diləyirəm və inşallah pak əcdadları ilə məhşur olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =