İnqilab Rəhbəri Ayətullah Xamenei: Amerikaya hakim olan quldurların səs-küyü heç kimi narahat etməməlidir, bütün problemlərin həlli daxildədir

İnqilab Rəhbəri Ayətullah Xamenei: Amerikaya hakim olan quldurların səs-küyü heç kimi narahat etməməlidir, bütün problemlərin həlli daxildədir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Baş komandan, “məmurların gecə-gündüz çalışması” və “yerli istehsala diqqət yetirməsi” şərti ilə insanların iqtisadi və dolanışıq problemlərinin həll edilə biləcəyini söylədi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Xamenei bu gün səhər (Bazar ertəsi) İmam Əli (ə) Zabitlər Universitetində keçirdiyi video konfransda, milli nüfuz və şəxsiyyəti qorumağın və milli maraqların təmin edilməsinin vacibliyini vurğuladı.

Dedi: İnsanların iqtisadi və dolanışıq problemləri “məmurların gecə-gündüz səyləri”, “güclü, əhatəli və yorulmaq bilməyən rəhbərlik” və “daxili istehsala diqqət və xaricə göz dikməmək şərtləri ilə həll edilə bilər.

İnqilab Rəhbəri əlavə etdi: “Amerika xalqına hakim olan quldurların səs-küyüləri heç kimin ağlını məşğul etməməlidir. Milli maraqları təmin etmək və milli varlığı və kimliyi qorumaq üçün təhdidlərin həqiqi ölçüsü ilə yanaşı ölkənin real imkanları və istedadları barədə dəqiq və məntiqi hesablamalar olmalıdır.”

ABŞ-da İranın müdafiə, raket və regional qabiliyyətləri ilə bağlı söylənən cəfəngiyatın səbəbinin İslam Respublikasının bu imkanlara çatmaq üçün doğru və rasional hesablamalar aparması olduğunu söylədi və dedi:

“Bu cəfəngiyat onların bu sahədəki qorxuları və geriliklərindən irəli gəlir, lakin bu mühitlərdən asılı olmayaraq rasional hesablama sistemi qorunmalıdır və ilahi yardımlar sayəsində İslam Respublikası bütün bu sahələrdə irəliləməyə davam edəcəkdir.”

ABŞ Prezidentinin ölkə iqtisadiyyatının problemləri və İran millətinə qarşı törətdilən cinayətlərdən məmnunluğuna toxunaraq dedi: “Belə bir cinayətə görə sevinmək yalnız sizin kimi alçaq və şərəfsiz insanlara məxsusdur.”

İslam İnqilabının Ali Rəhbəri əlavə etdi: “Əlbətdə ki, ABŞ-ın milyardlarla dollarlıq büdcə kəsiri və on milyonlarla aclıq və yoxsulluq həddinin altında yaşayan insanların olması ilə mövcud vəziyyəti çox pisdir. İran milləti isə ilahi yardımlarla uğurlara imza atacaq, çətinliklərin öhdəsindən gələcək və sanksiyalardan ölkə iqtisadiyyatını həqiqətən gücləndirmək üçün bir vasitə kimi istifadə edəcəkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − one =