İnqilabın Ali Rəhbəri: “Kürd camiəsi” bizdəndir

İslam İnqilabının Ali Rəhbəri Neçirvan Bərzani ilə görüşündə deyib: “Biz özümüzlə kürd icması arasında – istər İranda, istərsə də İraqda – digər xalqlardan daha yaxın münasibət görürük. Onlar bizdəndir.”
Həzrət Ayətullah əl-üzma Xameneinin Əsərlərinin Qorunması və Nəşri İdarəsinin informasiya bazası “Xətte-Hizbullah” həftəlik qəzetində İraqın Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzaninin İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə bazar ertəsi, 6 mayda görüşünün təfərrüatlarını dərc edib.
Bu xəbərə əsasən, İslam İnqilabının Ali Rəhbəri bu görüşdə İran xalqı ilə kürdlər arasında yaxın münasibət olduğunu vurğulamaqla yanaşı, cənab Bərzaniyə deyib: “Biz özümüzlə kürd icması arasında – istər İranda, istərsə də İraqda – digər xalqlardan daha yaxın münasibət görürük. Onlar bizdəndir.”