İnqilabın Ali Rəhbəri “Mehdinin mövqeyi” filmini yüksək qiymətləndirib-Video

İnqilabın Ali Rəhbəri “Mehdinin mövqeyi” filmini yüksək qiymətləndirib-Video

Milli medianın rəhbəri öz qeydlərində Mehdinin mövqeyindən bəhs edən filmə görə İslam İnqilabının Ali Rəhbərinin tərifini açıqlayıb.

Telestudiyanın xəbər agentliyinin məlumatına görə, Peyman Cəbəli bu qeyddə Ayətullah Xameneinin dünən axşam, cümə günü bu filmə baxdığına işarə edərək, bununla bağlı bəzi fikirlərini dərc edib.

İnqilab Rəhbəri filmə baxdıqdan sonra bunları buyurub:

“Mehdinin mövqeyi” filmi əla və dəqiq məqamlar və düzgün rəvayətlə dolu idi. Bakiri şəhidlərinin obrazı, xüsusən də, filmin qəhrəmanı olan Mehdi layiqincə təsvir edilib. Filmin hekayə prizması da ev və ailəni diqqətdə saxlamaq baxımından yaradıcı idi.

Bəzi hissələr, məsələn, “Cənab Həmidin şəhadətindən sonra Mehdinin ailəsi ilə görüşü” və “şəhid qardaşının cənazəsinin qayıtmaması” və “Mən Mehdi Bakiri deyiləm” və ya “Cənab Mehdi Bakerinin öz şəhadətinin hekayəti” kimi hissələr çoxlu mətləblərlə doludur. Filmdə nəzərə alınacaq bu cür məqamlar çoxdur, bəlkə də iyirmi belə məqam var. Bu film bitdikdən sonra bir daha baxmaq itənilən filmlərdəndir.

Belə bir filmin ərsəyə gəlməsində iştirak edən bütün kəslərə, filmin rejissoruna və prodüserinə təşəkkür və onları təqdir etmək lazımdır.

“Mehdinin mövqeyi” filminin rejissoru Hadi Hicazifər və prodüseri Həbib Valinejad və istehsalçısı Milli Mediadır.

Bu film 40-cı Fəcr Film Festivalında 14 Simurq nominasiyası üzrə 5 Simurq nominasiyası qazanıb və festivalın ən yaxşı filmi  seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =