İnqilab lideri: Fransa gəncləri Prezidentlərindən soruşmalıdırlar ki, Holokostda şübhə etmək niyə cinayətdir, amma Allah Peyğəmbərinə (s) təhqir isə sərbəstdir?

İnqilab lideri: Fransa gəncləri Prezidentlərindən soruşmalıdırlar ki, Holokostda şübhə etmək niyə cinayətdir, amma Allah Peyğəmbərinə (s) təhqir isə sərbəstdir?

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Fransa gənclərinə müraciət edən Ayətullah Xamenei dedi: Prezidentinizdən soruşun ki, Holokostda şübhə niyə cinayətdir? Nə üçün kimsə bu barədə bir şey yazarsa, həbsxanaya düşməlidir, amma Allahın Peyğəmbərini (s) təhqir etmək isə sərbəstdir?

Fransa Prezidenti Emmanuel Makronun dünya müsəlmanlarını qəzəbləndirən bir İslam Peyğəmbərinin (s) təhqiramiz karikaturasını Fransız nəşriyyatında təsdiqləməsi ilə bağlı sözlərindən sonra, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei Fransız gənclərinə bir Twitter mesajı göndərdi.

Fransız dilində sosial şəbəkələrdə yayımlanan bu mesajın mətni belədir:

Allahın adı ilə!

Fransız gəncləri!

Prezidentinizdən soruşun: “Niyə Allah Peyğəmbərinə (s) edilən təhqiri dəstəkləyir və bunu söz azadlığı hesab edir?”

Söz azadlığının mənası “parlaq və müqəddəs simalara təhqir” deməkdirmi? Bu axmaq hərəkət onu Prezident seçən millətin şüurunu təhqir etmək deyilmi?

Növbəti sual budur ki, Holokosta şübhə niyə cinayətdir? Əgər kimsə bu barədə bir şey yazarsa, həbsxanaya düşməlidir, amma Peyğəmbəri (s) təhqir etmək sərbəstdir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × five =