İnqilab Rəhbəri: Düşmənin planı iman və ümidi zəiflətmək, məmurların naşı olduğunu aşılamaqdır  

İnqilab Rəhbəri: Düşmənin planı iman və ümidi zəiflətmək, məmurların naşı olduğunu aşılamaqdır  

İslam İnqilabının Rəhbərinin 2022-ci il iyunun 12-də keçirilən Köçəri Şəhidləri Milli Qurultayındakı çıxışı bu gün səhər dərc olunub.

Bu görüşdə Həzrət Ayətullah Xamenei köçəriləri İmam Xomeyninin (r.ə) ölkə ehtiyatı adlandırması ifadəsinə işarə edərək, bu qurultayın keçirilməsini xalqın köçərilərlə tanış olması üçün münasib fürsət hesab edib və deyib:

Bu gün İran və İslamın bədxahları yumşaq müharibəyə arxalanırlar, buna görə də köçərilər də daxil olmaqla, millətin bütün nümayəndələri mədəni işlərə ehtiyac duyurlar. Təbii ki, film çəkilişi və kitab nəşri kimi mədəni işlərdə əks əlaqə və istehsalların təsiri nəzərə alınmalı və ölçülməlidir.

Ali Məqamlı Rəhbər son iki-üç əsrdə əcnəbilərin çoxsaylı cəhdləri qarşısında köçərilərin müqavimətinə toxunaraq buyurub:

Bu səylərin məqsədi köçəriləri vətənə xəyanət etməyə məcbur etmək ölkəni parçalanma və vətəndaş müharibəsinə sürükləmək idi və heç vaxt uğur qazanmadı.  Buna görə də İran köçəriləri millətin ən sadiq təbəqələrindəndir.

O, inqilab zamanı köçərilərin fədakarlığını və müqəddəs müdafiəni onların sədaqətinin növbəti təzahürü hesab edərək buyurub:

Xalqın, o cümlədən tayfaların birliyinin, tərəqqisinin və fədakarlığının əsas amili “din” amili idi.

Böyük İmam həmin həyati elementdən istifadə edərək inqilabı qələbəyə apardı və inqilabdan sonra inqilabı devirmək üçün Səddamdan gələn xarici güclərin və mürtəce hökumətlərin kütləvi dəstəyi qarşısında ölkənin təhlükəsizliyini təmin etdi.

Həzrət Ayətullah Xamenei şəhidləri dini inancın gözəl və əzəmətli təzahürü adlandıraraq, döyüşçülərin mübarizəsində dini motivasiyanın müstəsna rolunu, eləcə də şəhid ailələrinin səbr və aramlığını vurğulayaraq deyib:

Təbii ki, dinlə heç bir əlaqəsi olmayan bəzi şəxslər şəhidlərin və döyüşçülərin dini motivlərinə kiçiltməyə çalışırlar, lakin şəhidlərin şərəfli məqsədləri Allahın rizasını qazanmaqdan başqa, bir şey deyildi.

O, yumşaq müharibəni ölkədə dini motivlərin susdurulması və ya zəiflədilməsinin ən mühüm aspektlərindən biri adlandırıb və əlavə edib: “Bu gün ölkədə dinə, adət-ənənələrə, müqəddəs məsələlərə və dini ayinlərə qarşı edilən hər bir iş siyasi motivdən asılıdır və onlar düşmən tərəfindən istifadə edilir.

İnqilab Rəhbəri dini etiqadın zəiflədilməsini, ölkənin gələcəyinə ümid və nikbinliyin zəiflədilməsini millətə qarşı yumşaq müharibənin tərkib hissələrindən hesab edib və qeyd edib:

Ümidsizliyə, çıxılmaz vəziyyətə salmaq və məmurların ölkəni necə idarə edəcəyini bilmədiklərini təlqin etmək bədxahların əməllərindəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − nine =