İnqilabın Rəhbəri: İlk inqilabçılardan bəziləri super inqilabçılar idi, lakin onlar bu yolda sabitqədəm ola bilmədilər

İnqilabın Rəhbəri: İlk inqilabçılardan bəziləri super inqilabçılar idi, lakin onlar bu yolda sabitqədəm ola bilmədilər

Ayətullah Xamenei inqilabçı qalmağı inqilabçı olmaqdan daha vacib adlandırıb və deyib: “İnqilabın ilk illərində bəzi insanlar çox coşğun idilər, başqa sözlə desək, super inqilabçı idilər, lakin bu yolda qalmağa davam edə bilmədilər.”

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər (çərşənbə günü) İslam Şurası Məclisinin sədri və üzvləri ilə görüşündə Xürrəmşəhrin fəthini acı bərabərliyin şirin bir bərabərliyə dəyişdirilməsi və milli nicatın gerçəkləşməsinin simvolu adlandırıb və buyurub:

“Çətin, mürəkkəb və acı şəraitdən çıxmağın, qələbə və uğur qazanmağın qaydası cihad, qətiyyət, təşəbbüskarlıq, fədakarlıq, uzaqgörən baxış və hər şeydən əvvəl Allah-taalaya ixlas və təvəkküldür.”

O, İslam Şurası Məclisini ölkə idarəçiliyinin əsas sütunlarından biri hesab edərək, hazırkı təhlükəli beynəlxalq vəziyyətdə ölkənin idarə olunmasının çətinlik və mürəkkəbliyinə toxunub. Bütün qüvvə və qurumları öz mövqeləri və səmimi əməkdaşlığın vacibliyini dərk etməyə çağırıb.

Bacarıqlar və zəifliklər haqqında adekvat biliklər ən vacib məsələlərdən biridir, çünki düşmən öz imkanlarına ümid etməklə yanaşı, bizim səhvlərimizə də göz dikib. Xürrəmşəhrin fəthi acı bir tənliyin İslam döyüşçülərinin xeyrinə dəyişməsi idi.

O, bu amilləri və ümumi qaydanı bütün məsələlərdə və hər bir zamanda keçərli hesab etmiş və vurğulamışdır: “Bu nicat qaydasının əsası, Allahın Quranda fərdlərə və bu amillərə sadiq qalan bir cəmiyyətə qələbə qazandıracağına dair pozulmaz vədə söykənir və Allah belə bir cəmiyyətin fərdlərinin əməl və zəhmətini hədər etməz.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 10 =