İnqilabın Rəhbəri: Rasional hərəkət etsəniz, düşmənin hesablamalarını məğlub etmək olar
İnqilabın Ali lideri bu gün silahlı qüvvələrin komandirləri və yüksək vəzifəli şəxsləri ilə görüşündə deyib: Rasional addımlar atılarsa, düşmənin hesablamalarını məğlub etmək olar.
Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Xamenei bu gün günorta (bazar günü) silahlı qüvvələrin komandirləri və yüksək vəzifəli şəxsləri ilə görüşündə bu qüvvələri ölkə və millətin möhkəm hasarları adlandırıb və vurğulayıb: Bu, çox böyük mövqedir və onun ağır məsuliyyətləri var və şükürlər olsun ki, silahlı qüvvələr bu qürurlu mövqeyi təqdir edərək vəzifələrini yerinə yetirməklə məşğuldur.
İnqilab rəhbəri silahlı qüvvələrdə davamlı irəliləyiş və tərəqqidən məmnunluğunu ifadə edərək buyurub: İnkişaf və tərəqqinin hansısa bir mərhələsi ilə qətiyyən kifayətlənməyin və dayanmadan irəliləyin.
O, Qurani-Kərimin ayəsinə istinad edərək, daimi hazırlığın Allahın əmri olduğunu və bunun Allahın və millətin düşmənlərinidəqorxu yaratdığını vurğulayaraq əlavə edib:
Təhlükə heç vaxt tamamilə aradan qalxmır, ona görə də bacardığınız qədər hazırlıqlı olmalısınız.
İnqilabın lideri həmçinin silahlı qüvvələrin düşmənlərin qarşısını almaq üçün hazır olmasını və pərdəarxası plan quranlara qarşı sayıqlığı tamamilə zəruri adlandırıb.
O, daha az qüdrətli ünsürlərin sözləri və mümkün hərəkətlərinə toxunaraq deyib: Biz ağlımızı bu cür hərəkət və sözlərə yönəltməməliyik, ancaq pərdə arxasında əsas planquranlara diqqət yetirməliyik.
Ali Baş Komandan dünyanın müxtəlif regionlarında şər beynəlxalq qüvvələrin müharibə alovlandırmasına toxunaraq deyib:
İstismarçı qüdrətlər mənfəət gördükləri yerlərdə münaqişəni səhnə arxasından başlayır.
Düşmənin uzunmüddətli planlarına diqqət yetirmək inqilab rəhbərinin silahlı qüvvələrin komandirləri və yüksək vəzifəli şəxsləri qarşısında vurğuladığı digər mühüm məqam idi.
O, eyni kontekstdə deyib: Düşmənin beş və ya on illik planlarına çox diqqət yetirmək yaxşı və zəruridir, lakin onun orta və uzunmüddətli planlarını nəzərdən keçirmək və diqqətdə saxlamaq lazımdır.
Ali baş komandan Amerikanın təxminən iyirmi il əvvəl İranın şərqində və qərbində başladığı iki müharibəyə toxunaraq buyurub: Amerikalıların İraq və Əfqanıstanda maraqları var idi, lakin onların son hədəfi İslami İran idi və İslam inqilabının çox güclü təməllər malik olması səbəbindən onlar son məqsədlərinə çata bilmədilər.
Ayətullah Xamenei bu fakta toxunaraq deyib: Düşmənin zahirdə bütün möhkəm hesablamarı və hərbi gücünə baxmayaraq, onu məğlub etmək olar.
İnqlab Rəhbəri sionist rejimin hazırkı vəziyyətini bu cür uğursuzluqların başqa bir nümunəsi kimi göstərib və buyurub: Sionist rejimin keçən ilin Ramazan ayında Fələstin əleyhinə əməliyyatına dünya xüsusi bir reaksiya vermədi, lakin bu il sionist rejimin cinayətləri əleyhinə bütün dünyada, hətta ABŞ və İngiltərədə də nümayişlər keçiriləcək.
Ali Baş Komandan düşmənin məğlubiyyətinə inanmaqla yanaşı, onu diqqətdən kənarda qoymamağı vacib sayıb və əlavə edib: Heç bir mərhələdə düşmənin hiylə və planlarına göz yummaq olmaz.
İnqilab rəhbəri çıxışının sonunda silahlı qüvvələrin intellektual mərkəzlərini və elementlərini daimi və yenilikçi şəkildə güclü, rasional strategiya və siyasətlər hazırlamağa çağırıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanının çıxışından sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Baqiri Silahlı Qüvvələrin müxtəlif istiqamətlərdə planları və həyata keçirdiyi tədbirlər haqqında məruzə edib.