İnqilabın Rəhbəri: Şahçıraqdakı terror hadisəsi ikiüzlü və qaraqəlbli amerikalıların rüsvayçılığına səbəb oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri buyurub: Şahçıraqdakı terror hadisəsi ikiüzlü və qaraqəlbli amerikalıların rüsvayçılığına səbəb oldu.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər (çərşənbə axşamı) müqəddəs Şahçıraq hərəmində baş vermiş terror hadisəsi şəhidlərinin ailələri ilə görüşündə bu faciəli hadisəni qəlblərdə kədərə səbəb olan, lakin İran tarixində qalıcı adlandırıb.
Bu bədxahlığın, pərdəsi arxasındakı əllərin, yəni İŞİD-i yaradan mənfur amerikalıların rüsvay olduğunu vurğulayaraq qeyd edib:
Mədəniyyət və incəsənət qurumları bu hadisəyə Aşura hadisəsi kimi böyük hadisəyə və digər tarixi məsələlərə diqqət yetirtikləri kimi yanaşmalı və gələcək nəsillərə ötürməlidir.
Həzrət Ayətullah Xamenei zəvvarların öldürülməsini digər terror hadisələrindən fərqli hesab edərək bunun düşmənin ikiqat rüsvayçılığına səbəb olduğunu bildirib və deyib:
Bu cinayətdə qatil və satqınlarla yanaşı, İŞİD-in əsas dəstəkçiləri və yaradıcıları da şərikdir. O qədər yalançı, qarqəlbli, ikiüzlüdürlər ki, sözdə insan haqları bayrağını qaldırsalar da, əməldə təhlükəli terror qrupları yaradırlar.
İnqilab Rəhbəri bu hadisə və digər tarixi məsələlərlə bağlı mədəniyyət və media qurumlarını bədii əsərlər yaratmağı tövsiyə edib və buyurub:
İslam İnqilabının hadisələri və tarixi, düşmənlərin cinayətləri ilə bağlı məsələlərdə media və təbliğat işində əskikliyimiz var, belə ki, gənc nəslimiz keçmiş hadisələr, o cümlədən, münafiqlərin cinayətləri haqqında çox məlumat sahibi deyil.
İslam İnqilabının Rəhbəri buyurub: Bu faktların izahı bədii, təbliğat və yazı idarələri və bütün mədəniyyət müəssisələrinin fəallarının vəzifələrindəndir.