“İnsan alverçi”ləri cəzaları ilə razılaşmadı, daha da artırıldı-Video

“İnsan alverçi”ləri cəzaları ilə razılaşmadı, daha da artırıldı-Video

İnsan alverinə görə təqsirli bilinən şəxslərin cəzası ağırlaşdırılıb.

Bu barədəLent.azsaytı xəbər yayıb.

Bakı Apelyasiya Məhkəməsində dövlət ittihamçısının protestinə, həmçinin, “İnsan alverçiləri” Şirin Məmmədova və Aynur Fərruxovanın, habelə hüquq müdafiəçisi Dilsuz Məmmədovun verdikləri apelyasiya şikayətlərinə, Aynur Fərruxova tərəfindən öz apellyasiya şikayətinə edilmiş əlavəyə baxılıb.

İnsan alverçiləri və onların müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2022-ci il tarixli Qərarı ilə 10 iyun 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə dəyişiklik edilərək insan alveri cinayəti törətmiş Şirin Məmmədovanın və Aynur Fərruxovanın 3 il müddətinə azadlıqdan məhrum etmə cəzaları “8 il” müddətinə artırılıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =