İnsan Haqları İzləmə Təşkilatı sionist rejimin hücumlarını hərbi cinayət kimi araşdırmağa çağırıb

İnsan Haqları İzləmə Təşkilatı sionist rejimin hücumlarını hərbi cinayət kimi araşdırmağa çağırıb

 İnsan Haqları İzləmə Təşkilatı İsrailin Qəzza xəstəxanalarına tez-tez hücum etməsini müharibə cinayəti kimi araşdırmağa çağıran bəyanat yayıb.

İRNA-nın “Sputnik”-ə istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir: “İsrail ordusunun dəfələrlə və zahirən qeyri-qanuni hücumları Qəzzanın tibb mərkəzlərini, yardım qüvvələrini və səhiyyə sistemini məhv edir. Bu, hərbi cinayət kimi araşdırılmalıdır.”

İnsan Haqları İzləmə Təşkilatı vurğulayıb ki, sionist rejimin oktyabrın 13-də Qəzza zolağının şimalındakı 22 xəstəxananın boşaldılması tələbi nəticəsiz qalıb, çünki o, tibb ocaqlarının evakuasiyası üçün lazımi şəraitə, o cümlədən xəstələrin və həkimlərin təhlükəsizliyinin təmin edilməsinə məhəl qoymayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 4 =