İnsan haqları təşkilatı Qəzza şəhərində fələstinlilərin kütlə qarşısında edam edildiyini açıqlayıb

Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı sionist rejim ordusunun bu yaxınlarda Qəzza xalqına qarşı dəhşətli cinayət törətdiyini və “Əs-Sənaə” bölgəsində səhra edamları həyata keçirdiyini elan edib.
İRNA-nın şənbə günü SAMA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı əlavə edib: İsrail ordusu Qəzzanın qərb bölgələrinə dörd günlük hücumu zamanı mülki şəxslərə qarşı dəhşətli cinayətlər törədib.
Bu insan haqları təşkilatı əlavə edib: Bu cinayətlərə qəsdən adam öldürmə, dağıdıcılıq, evlərin və mülki binaların yandırılması daxildir.