İnstaqram Makrona müraciətindən sonra Ayətullah Xameninin səhifəsini bloklayıb

İnstaqram Makrona müraciətindən sonra Ayətullah Xameninin səhifəsini bloklayıb

İnstaqram İranın İslam İnqilabının ali lideri Ayətullah Xameninin səhifəsini bloklayıb.

SalamNews xəbər verir ki, Ayətullah Xameneinin Fransa prezidenti Emanuel Makrona islamafob çıxışları ilə bağlı tənqidindən bir gün sonra İranın ali liderinin instaqram səhifəsi bloklanıb.

Qeyd edək ki, Ayətullah Xamenei fransalı gənclərə məktub ünvanlayaraq onlardan öz prezidentlərindən bir neçə sualı soruşmalarını istəyib:

O bu müraciətdə deyib:

“Allahın adı ilə!  Ey Fransa gəncləri! 

Öz prezidentinizdən soruşun: Nə üçün Allahın peyğəmbərini təhqir etməyi dəstəkləyir və onu  söz azadlığı hesab edir? Söz azadlığının mənası  söyüş və təhqirdirmi, özü də parlaq və müqəddəs simaların təhqiri?  Sizcə bu axmaq hərəkət onu özünə prezident seçən xalqın şüur və düşüncəsinə hörmətsizlik deyilmi ? 

Növbəti sual budur ki, nə üçün Holokasta şübhə etmək cinayətdir?  Əgər kimsə  bu haqda yazarsa, həbsxanaya atılmalı, Peyğəmbərə (s) hörmətsizlik isə azaddır?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − five =