“İntellektual” terrorçular KİMLƏRDİR və necə yaxalandılar? -Xüsusi əməliyyatın ŞOK DETALLARI

“İntellektual” terrorçular KİMLƏRDİR və necə yaxalandılar? -Xüsusi əməliyyatın ŞOK DETALLARI

Publika.az xəbər verir ki, “CNN Türk” İstanbul xəbər direktoru Nihat Uludağ canlı yayımda əməliyyatın təfərrüatlarını açıqlayıb.

“Onlar Türkiyə üzərindən münaqişə bölgələrinə keçirlər. İŞİD və PKK üsullarını dəyişib. Düşüncə tərzlərinə uyğun insanları seçərkən intellektual görünüşə malik insanlara üstünlük verirlər. Baxanda onların təşkilat üzvü olması heç vaxt başa düşülmür”, – deyə, Uludağ bildirib.

O qeyd edib ki, İŞİD-çilər daha çox İstanbul hava limanı, PKK-çılar isə daha çox Sabiha Gökçen hava limanında tutulur:

“Terrorçular pandemiyadan sonra marşrutlarını dəyişiblər. İlk olaraq bir Avropa ölkəsinə daxil olurlar. Avropadan Türkiyəyə gəlirlər. Onların arasında ruslar, çeçenlər və türklər də var”.

Uludağın sözlərinə görə, terrorçular təhsil almaq və ya turizm məqsədi ilə gəldiklərini deyirlər:

“Onlar polis məmuru ilə qarşılaşdıqda nə etməli olduqları ilə bağlı xüsusi təlim alırlar. Dönüş biletləri, otel rezervasiyaları əvvəlcədən hazır olur ki, şübhə yaradan məqamlara rast gəlinməsin”.

(Musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − three =