İnterpolun baş katibi Raskdakı terror aktını pisləyib

İnterpolun baş katibi Raskdakı terror aktını pisləyib

Beynəlxalq Cinayət Polisi Təşkilatının baş katibi İran İslam Respublikasının Baş Polis İdarəsi rəisinə məktub göndərərək 11 polis əməkdaşının şəhadəti ilə bağlı başsağlığı verib və hadisəni pisləyib.

İRNA-nın polis idarəsinə istinadən verdiyi xəbərə görə, İnterpolun baş katibi Yurgen Ştak 11 polis əməkdaşının şəhadəti ilə bağlı mesajında #İran İslam Respublikasının Baş Polis İdarəsi rəisinə və Rask şəhərində terror aktı nəticəsində şəhid olanların yaxınlarına başsağlığı verib.

General Əhmədrza Radana ünvanlanan bu məktubda deyilir: #Rask şəhəri polis qərargahına 11 polis əməkdaşının ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən vəhşicəsinə hücum xəbərindən dərin təsirləndim və kədərləndim. İnterpol təşkilatı bu zalım əməli pisləyir.

İnterpolun baş katibi İran polisinə və həlak olanların ailələrinə başsağlığı verərək və onlarla həmdərd olduğunu bildirərək, hadisə nəticəsində xəsarət alan zabitlərə cansağlığı arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + nine =