İordan çayının qərb sahilində bir fələstinli gənc şəhid olub

İordan çayının qərb sahilində bir fələstinli gənc şəhid olub

Sionist əsgərlər İordan çayının qərb sahilinin şimalında bir fələstinli gənci güllələyərək öldürüblər.

İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinin Əz-Zəbabədə bölgəsindən olan “Osman Atif Əbu Xərc” adlı fələstinli gənc bu gün səhər (çərşənbə axşamı) sionist əsgərlər tərəfindən güllələnərək öldürülüb.

Cenin şəhərindəki Razi xəstəxanasının direktoru Fəvaz Həmmad verdiyi açıqlamada 17 yaşlı fələstinli Osman Əbu Xərcin bu gün səhər saatlarında Əz-Zəbabədə bölgəsində başı və çiynindən güllə yarası alaraq şəhid olduğunu təsdiqləyib.

Əzl-Zəbabədə məscidləri bu səhər bu fələstinli gəncin şəhid olması ilə bağlı başsağlığı verib. Əbu Xərc qəfil yaşadığı yerə daxil olan sionist rejim qüvvələri ilə qarşıdurma zamanı yaralanıb və sonra xəstəxanada dünyasını dəyişib.

Yerli mənbələrin məlumatına görə, Əz-Zəbabədə sakinləri aksiya elan ediblər və bu fələstinli şəhidin cənazəsi yaşadığı yerə aparılacaq.

Bu gənc fələstinlinin şəhadətinin elanı ilə eyni vaxtda yerli fələstinli mənbələr sionist rejim qüvvələrinin İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 30-a yaxın fələstinlini həbs etdiyini, onlardan 13 nəfərinin “Əl-Xəlil” şəhərindən olduğunu bildiriblər.

Sionist qüvvələr də bu gün səhər qəfildən İordan çayının qərb sahilinin şərqindəki Yerixo şəhərinə daxil olaraq fələstinli gənclərlə toqquşublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =