İordan çayının qərb sahilində 14 yaşlı fələstinli yeniyetmə şəhid olub

İordan çayının qərb sahilində 14 yaşlı fələstinli yeniyetmə şəhid olub

Fələstin Səhiyyə Nazirliyi 14 yaşlı fələstinli yeniyetmənin sionist əsgərlər tərəfindən başından güllələnərək şəhid edildiyini açıqlayıb.

Fələstin mediası cümə axşamı səhər sionist müvəqqəti rejim hərbçilərinin İordan çayının qərb sahilinin Qəlqəliyyə şəhərindəki bir bölgəyə hücumu və qanunsuz daxil olması barədə məlumat yayıb.

Fələstinin “Şahab” xəbər agentliyinin məlumatına görə, Qəlqəliyyədə yerləşən “Ən-Nəqar” məhəlləsində fələstinli gənclər və müqavimət döyüşçüləri ilə sionist terrorçu əsgərlər arasında şiddətli qarşıdurma olub.

Xəbərlərə görə, Fars Şərəhbil Əbu Səmrə adlı 14 yaşlı fələstinli yeniyetmə bu toqquşmalar zamanı başından aldığı güllə yarasından ağır yaralanıb və Qəlqəliyyə Dövlət Xəstəxanasına aparılıb.

Lakin Fələstin Səhiyyə Nazirliyi bir neçə dəqiqədən sonra bu fələstinli yeniyetmənin aldığı xəsarətlərin şiddətindən dünyasını dəyişdiyini və ali şəhadət dərəcəsinə çatdığını açıqlayıb.

Toqquşmaların davamında Fələstin mediası həmçinin, bildirib ki, müqavimət döyüşçüləri Hebronun şimalında yerləşən Əl-Ərub düşərgəsinin girişində uşaq qatili sionistlərin hərbi qülləsini molotov kokteyli ilə hədəfə alıblar.

Çərşənbə günü Fələstin Səhiyyə Nazirliyi bildirib ki, bu ilin əvvəlindən (2023) sionistlər tərəfindən 180 fələstinli şəhid olub, 5871 nəfər isə yaralanıb.

Məlumatlara görə, bu ilin əvvəlindən sionistlər Fələstin düşərgələrinə 1561 dəfə hücum ediblər ki, bunun da 217-si atışma ilə nəticələnib. Sionist mühacirlər Fələstin düşərgələrinə və kəndlərinə beş dəfə hücum ediblər.

İordan çayının qərb sahili 2022-ci ildən bu yana tamamilə fərqli bir sima alıb və fələstinlilər geniş şəkildə odlu silah hücumlarına əl atıb, bu arada Nablus və Cenin və ətrafı digər bölgələrə nisbətən daha çox Fələstin silahlı müqavimətinə şahid olub.

Çərşənbə günü axşam Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə Tel-Əvivə xəbərdarlıq edib ki, sionist rejim müqavimət qrupları ilə müharibə etsə, fələstinlilər və Hizbullah birlikdə olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − two =