İordan çayının qərb sahilində 2 İsrail vətəndaşı ölüb, 1 nəfər yaralanıb

İordan çayının qərb sahilində 2 İsrail vətəndaşı ölüb, 1 nəfər yaralanıb

İordan çayının qərb sahilinin şimalındakı Hamra qəsəbəsi yaxınlığında baş verən atışmada 2 İsrail vətəndaşı həlak olub.
APA “Times of Israel”ə istinadən xəbər verir ki, təcili yardımın və yerli rəsmilərin məlumatına görə, hücuma məruz qalan üç nəfərdən ikisi hadisə yerində ölüb, bir nəfər isə ağır yaralanıb.

Bildirilib ki, həlak olanlar 20 yaşlarında, yaralanan isə 40 yaşlarında qadınlardır.
İsrail Müdafiə Qüvvələri məlumat yayıb ki, maşına atəş açaraq onun qəzaya uğramasına səbəb olan şübhəlilər axtarılır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + sixteen =