İordan çayının qərb sahilində 20 fələstinli saxlanılıb
İşğalçı rejim qüvvələri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 20-yə yaxın fələstinlini həbs edib.
İşğalçılar bir sıra bölgələrdə, qəsəbələrdə, Cənin, Hebron, Beyti-Ləhm, Nablusda Beyti Dəcən, Debu Şexidam, Ramullahdakı Kubər, Cənindəki Kəfr Rai və Yerixodakı Əqəba Cəbr düşərgəsində fələstinlilərin evlərinə basqın edərək 20-yə yaxın fələstinlini həbs ediblər.
İsrail həriçiləri və təhlükəsizlik qüvvələri ötən fevral ayında işğal altındakı Qüdsə hücum edərək 200-dən çox fələstinlini yaralamış, 191 nəfəri həbs etmişdi.
Qüds tərəfdarı olan Avropalılar Dərnəyi hesabatında bildirib ki, ötən ay 16-sı uşaq və 16-sı qadın olmaqla 191 fələstinli İsrail qüvvələri tərəfindən saxlanılıb.
Sionist rejim İordan çayının qərb sahilində genişmiqyaslı həbslər yolu ilə fələstinlilərin, xüsusilə də gənclərin anti-sionist əməliyyatlarının qarşısını almağa çalışır.
Statistika göstərir ki, bu həbslər nəinki müqavimət əməliyyatlarını azaltmayıb, əksinə ötən bir ildə sionistlərə qarşı müqavimət əməliyyatlarını daha da artırıb.