İordan çayının qərb sahilində bir məhbusun həyat yoldaşı da daxil olmaqla 12 fələstinli saxlanılıb

İordan çayının qərb sahilində bir məhbusun həyat yoldaşı da daxil olmaqla 12 fələstinli saxlanılıb

Sionist rejimin işğalçı qüvvələri çərşənbə axşamı səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif bölgələrindən olan 12 fələstinlini və bir əsirin arvadını həbs ediblər.

İşğalçı rejim ordusunun sözçüsü İsrail ordusu və Şin Betin (işğalçı rejim kəşfiyyatı) İordan çayının qərb sahilində 12 fələstinlini saxladığını təsdiqləyib.

Bu həbslər əsasən Rəmanə, Firon, Həmzə, Dora, Surif, İsa, Təqu, Beyti-Ləhm, Ramullah, Əl-Birə, Nablus və Əl-Xəlil şəhər və qəsəbələrində həyata keçirilib.

Yerli Fələstin mənbələri ən azı iki fələstinli gəncin açılan atəş nəticəsində yaralandığını, onlarla insanın qaz qumbaraları səbəbindən təngnəfəsliyə düçar olduğunu bildirib.

İşğalçı qüvvələrin Nablus və digər əraziləri işğal etməsinə cavab olaraq müqavimət qüvvələri də atəş açıb.

2022-ci il may ayının sonuna qədər işğalçı rejimin həbsxanalarındakı fələstinli məhbusların sayı təxminən 4600-ə yüksəlib, o cümlədən, 31 qadın və 172 uşaq olmaqla onlardan 682-si (ittiham və mühakimə olmadan) inzibati həbsddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − four =