İordan çayının qərb sahilində daha bir fələstinli şəhid olub

İordan çayının qərb sahilində daha bir fələstinli şəhid olub

Bu səhər sionist qüvvələr işğal altındakı İordan çayının qərb sahilində 23 yaşlı fələstinli gənci şəhid ediblər.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, bu 23 yaşlı fələstinli bu gün səhər Beyti-Ləhm yaxınlığındakı Fələstin düşərgələrindən birinə edilən hücumda öldürülüb.

Məlumata görə, o, sinəsinə dəyən güllə nəticəsində şəhid olub. Sionistlərin açdığı atəş nəticəsində daha 6 nəfər yaralanıb. Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS bu gənc fələstinlinin mühakimə olmadan öldürülməsinə görə sionist rejimi tənqid edib.

Bu hərəkat həm də Fələstin xalqının işğalçı rejimin hücumlarına qarşı qəti müqavimətini davam etdirəcəyinə söz verib. Digər tərəfdən, Beyti-Ləhmdəki fələstinli qruplar bir gün ictimai matəm və ümummilli tətil elan ediblər.

İşğalçı qüvvələr işğal altındakı İordan çayının qərb sahilində demək olar ki, hər gün fələstinliləri qətlə yetirir. Bu ilin əvvəlindən bu rejim qüvvələri işğal olunmuş ərazilərdə iki yüzdən çox fələstinlini şəhid edib.

Bununla bağlı Press TV-nin müxbiri deyib: İşğalçı rejim ordusunun bəyanatına əsasən, İsrail qüvvələri fələstinliləri həbs etmək üçün Beyti-Ləhmdəki qaçqın düşərgəsinə hücum əməliyyatı həyata keçirib.

İşğalçı əsgərlər bu düşərgədə bir sıra evlərə hücum edib, fələstinlilər isə hərbçilərin hücumuna müqavimət göstərib. Fələstinli gənclərlə İsrail qüvvələri arasında qarşıdurma baş verib və bu əməliyyat zamanı 23 yaşlı Ömər Məna şəhid olub, daha 6 nəfər yaralanıb.

İşğalçı qüvvələr ikisi qardaş olmaqla üç nəfəri də həbs edib. Sionist hərbçilər bu məhbus fələstinliləri anti-İsrail fəaliyyətlərində əli olmaqda ittiham edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + twelve =