İordan çayının qərb sahilində Fələstin müqavimət qüvvələri ilə sionist hərbçilər arasında qarşıdurma olub

İordan çayının qərb sahilində Fələstin müqavimət qüvvələri ilə sionist hərbçilər arasında qarşıdurma olub

Cümə axşamı səhər xəbər mənbələri İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərimdə Fələstin müqavimət qüvvələri ilə sionist qüvvələr arasında şiddətli toqquşma olduğunu bildirib.

Fələstinin Səma xəbər agentliyinə istinadən verilən məlumata görə, sionist əsgərlər Tulkərimin şərqindəki “Nur Şəms” düşərgəsinə hücum ediblər.

Bu xəbərə əsasən, Fələstin müqavimət qüvvələri sionist əsgərlər və zirehli maşınları atəşə tutub.

Fələstinin Səhiyyə Nazirliyi Tulkərimin şərqində fələstinlilərlə sionist əsgərlər arasında baş verən qarşıdurma zamanı 2 nəfərin yaralanaraq xəstəxanaya aparıldığını açıqlayıb.

Sionist hərbçilər Ramullahın şimal-qərbində yerləşən “Ərurə” qəsəbəsinə də hücum edərək fələstinli gənclərlə toqquşublar.

Həmçinin “Muti” kimi tanınan Fələstin Statistika və İnformasiya Mərkəzi Fələstin müqavimət qüvvələrinin son 24 saat ərzində İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə sionistlərə qarşı 13 əməliyyat həyata keçirdiyini açıqlayıb.

Bu məlumatda bildirilir ki, müqavimət qüvvələrinin əməliyyatları Cənin, Beyti-Ləhm, Yerixo, Tulkərim, Ramullah və Qüdsdə keçirilib.

Həmçinin, bu ayın (aprel) ilk həftəsi ərzində Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 368 əməliyyat keçirib.

Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər ki, bu da qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =