İordan çayının qərb sahilində fələstinli döyüşçülərlə sionist əsgərlər arasında silahlı qarşıdurma olub

İordan çayının qərb sahilində fələstinli döyüşçülərlə sionist əsgərlər arasında silahlı qarşıdurma olub

Bir neçə əməliyyatda fələstinli döyüşçülər İordan çayının qərb sahilində bir neçə yerdə sionistlərə atəş açaraq partlayıcı qurğular atıblar.

Fələstin mediası şənbə günü axşam İordan çayının qərb sahilində müqavimət döyüşçüləri ilə sionist əsgərlər arasında bir neçə silahlı toqquşmanın baş verdiyini bildirib.

Məlumata görə, fələstinli döyüşçülər ilk əməliyyatda Cəninin şimalında yerləşən “Əl-Cəlmə” keçid məntəqəsinə partlayıcı maddələr atıblar.

 “Şahab” xəbər agentliyinin məlumatına görə, Qələndiyyə keçid məntəqəsində Fələstin müqavimət qüvvələri ilə işğalçı rejim əsgərləri arasında silahlı qarşıdurma olub.

Müvəqqəti sionist rejimin əsgərləri bu əməliyyatlara cavab vermək üçün Nablus şəhərinə hücum edərək, “Cəbəl Cərzim” üzərində bəzi yerləri atəşə tutublar.

Lakin bir neçə dəqiqə sonra fələstinli döyüşçülər partlayıcı qurğu ilə Ramullahın şimal-qərbində sionistlərin Nəhail qəsəbəsini hədəfə alıblar.

Bundan əvvəl Fələstin İslami Cihad Hərəkatının siyasi ofisinin üzvü Şeyx Nafiz İzam bu hərəkatın hərbi qolu olan “Sərayəl-Qüds”ün hərbi təliminin İordan çayının qərb sahilinin sakinlərinə sədaqət və dəstək mesajı olduğunu vurğulamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =