İordan çayının qərb sahilində fələstinli gənc şəhid edilib

İordan çayının qərb sahilində fələstinli gənc şəhid edilib

Sionist rejim hərbçiləri bu gün İordan çayının qərb sahilində yerləşən Cənin düşərgəsində bir fələstinli yeniyetməni şəhid ediblər.

Fələstin mediasına istinadən verdiyi xəbərə görə, sionist qüvvələr bu gün Cənin düşərgəsinə hücum edərək bir evi mühasirəyə almış və atəş açmağa başlamışlar.

Eyni zamanda, Fələstin İslami Cihad Hərəkatının Sarayəl-Qüds Hərəkatına bağlı Cənin Batalyonu və Fəth Hərəkatına bağlı Əl-Əqsa Şəhidləri Batalyonunun döyüşçüləri də sionist əsgərlər və onların patrul dəstələrinin hücumu ilə üzləşib və onları vura biliblər. Onlar sionist patrul avtomobilini məhv ediblər.

İsrail əsgərləri Cənin düşərgəsində Fələstin vətəndaşlarına atəş açaraq biri qız olmaqla azı 7 nəfəri yaralayıb, Mahmud Əs-Sous adlı fələstinli yeniyetməni isə şəhid ediblər.

Cənin düşərgəsində fələstinli döyüşçülərlə sionist əsgərlər arasında qarşıdurmalar davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =