İordan çayının qərb sahilində fələstinli gənc şəhid olub

İordan çayının qərb sahilində fələstinli gənc şəhid olub

İki həftə əvvəl İordan çayının qərb sahilində sionist qüvvələrin hücumu ilə qarşılaşarkən yaralanan fələstinli gənc aldığı xəsarətlərin şiddətindən dünyasını dəyişib.

Bu səhər (çərşənbə axşamı) təxminən iki həftə əvvəl Nablus şəhərinin köhnə hissəsində yaralanan gənc fələstinli “Məhəmməd Araişa” şəhid oldu.

 “Maa”nın xəbərinə görə, iki həftə əvvəl “İbrahim Əl-Nəbulsi” və “İslam Səbuh”un şəhadəti günü Məhəmməd sionist əsgərlərin hücumu ilə qarşılaşarkən ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Şəhid İbrahim Əl Nabulsi Fələstinin “Fəth” hərəkatının İordan çayının qərb sahilindəki hərbi qolu olan Şəhid “Kətaib əl-Əqsa”nın komandiri olub.

Siyasi ekspertlər hesab edirlər ki, sionist rejimin İordan çayının qərb sahilindəki hərbi əməliyyatları və bu bölgədə müqavimət mənsublarının qətlə yetirilməsi Təl-Əvivin İordan çayının qərb sahilində Fələstin müqavimətinin miqyasının artması ilə bağlı narahatlığının təzahüründən başqa bir şey deyil;

Sionist hədəflərə qarşı unikal əməliyyatlar aparmağa qadir olan müqavimət.

Ər-Risaleh internet saytının məlumatına görə, fələstinli müəllif və analitik Səri Samur eyni kontekstdə deyib: Sionist rejim hər şeydən əvvəl İordan çayının qərb sahilində sürətli demoqrafik (əhali) dəyişiklikdən narahatdır və qəsəbə salınması və Fələstin torpaqları üzərində nəzarətin davam etdirilməsi, həmçinin, fələstinliləri öldürmə siyasətinindavam etməklə bunun qarşısını almağa çalışır.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + seventeen =