İordan çayının qərb sahilində fələstinlilərin həbsi davam edir

İordan çayının qərb sahilində fələstinlilərin həbsi davam edir

İordan çayının qərb sahilində yaşayan fələstinlilərin İsrail ordusu tərəfindən həbsi davam edir.

Mehr xəbər agentliyinin Fələstin Əl-Yəvmə istinadən verdiyi məlumata görə, İordan çayının qərb sahilində yaşayan fələstinlilərin sionist ordusu tərəfindən həbsi davam edir.

Sionist rejimin xüsusi təyinatlı qüvvələri bu gün axşam saatlarında İordan çayının qərb sahilində yerləşən Beyti-Ləhm şəhərində fələstinli gənclərdən birini oğurlayıblar.

Yerli mənbələr bu qüvvələrin Beyti-Ləhm şəhərində yerləşən kinoteatr ərazisinə soxularaq fələstinli gənc Tamir Yasin Həmmadı həbs edərək naməlum yerə köçürdüklərini açıqlayıb.

İşğal altında olan Köhnə Qüds bölgəsində sionist rejimin əsgərləri Fələstin vətəndaşı Mustafa Əbu Subəyhi, həmçinin, Əl-Əqsa məscidinin cənubunda yerləşən Selvan məhəlləsində Xalid Əz-Ziri onun evini dağıdandan sonra həbs ediblər.

İşğalçı sionist qüvvələr Hebronun cənubunda, Yəttanın şərqində yerləşən “Xaləl-Məyyit” kəndinə hücum edərək, bu kəndin şurasına məxsus kranı müsadirə edib və bu ərazidə elektrik şəbəkəsinin təmirinə mane olublar.

Bundan əlavə, sionist rejim əsgərləri Sələfitin qərbində yerləşən Kəfrəd-Dik kənd təsərrüfatı torpaqlarında 20 zeytun ağacını kökündən çıxarıblar. Sionistlərin bu hərəkəti Bədiriyyə bölgəsində sionist mühacirlər üçün 400 metr uzunluğunda və 8 metr enində yol tikməkdir.

Digər tərəfdən, Fələstin mənbələri İsrail hərbi qayıqlarının Qəzza zolağının şimal sularında iki Fələstin balıqçı gəmisini mühasirəyə alaraq onlara atəş açdığını bildirib. Bu, sionist rejim hərbçilərinin Qəzzə dənizində fələstinli balıqçılara hücumu və onları təqib etmələrinin müntəzəm aksiyaya çevrildiyi bir vaxtda baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 2 =