İordan çayının qərb sahilində gənc fələstinli şəhid olub/Qüdsdə müqavimət əməliyyatları artıb

İordan çayının qərb sahilində gənc fələstinli şəhid olub/Qüdsdə müqavimət əməliyyatları artıb

Dünən axşam saatlarında Sələfit yaxınlığındakı Qəravə Bəni-Həssan kəndində sionist mühacirlər tərəfindən 27 yaşlı fələstinli gənc güllələnərək öldürülüb.

Fələstin mətbuatının verdiyi məlumata görə, İordan çayının qərb sahilindəki yerli mənbələr sionist mühacirlər tərəfindən Sələfitdə bir gənc fələstinlinin şəhil olduğunu bildiriblər.

Ötən gün axşam saatlarında Fələstinin Səhiyyə Nazirliyi işğalçı sionist mühacirlər tərəfindən Sələfit yaxınlığındakı Qəravə Bəni-Həssan kəndində vurulan fələstinli gəncin şəhadətini elan edib.

Bu nazirlik vurğulayıb ki, işğalçı mühacirlər bu əraziyə və fələstinli əkinçilərə qarşı vəhşicəsinə hücum etdikdən sonra kənd sakinləri onlarla döyüşüb, bu zaman 27 yaşlı fələstinli Misqal Süleyman Əbdülhəlim Rayyan mühacirlər tərəfindən güllələnib.

Qəzzədən işğal olunmuş ərazilərə raket atılır

İbrani mənbələri dünən axşam saatlarında Qəzzə zolağından işğal olunmuş ərazilərə raket atıldığını açıqlayıb.

Bu mənbələr vurğulayıblar ki, bu raketin atılmasının ardınca Qəzza zolağının yaxınlığındakı sionist Nahol Oz qəsəbəsində sirenalar işə düşüb.

Sionist rejimin 12-ci kanalı Dəmir Qübbə sisteminin bu raketi hədəf alaraq məhv etdiyini açıqlayıb.

İbrani mənbələri dünən işğal altındakı Qüdsün Ramot məhəlləsində keçirilən şəhadət əməliyyatında üçüncü yaralı sionistin də öldüyünü bildirib.

Fələstinli İsəviyyə qəsəbə sakini 31 yaşlı Şəhid Hüseyn Qəraqə tərəfindən həyata keçirilən bu əməliyyatda 2 sionist həlak olub, 7 nəfər yaralanıb.

Digər tərəfdən, sionist rejim Qüdsdə son şəhadət əməliyyatının icraçısı şəhid Hüseyn Qəraqənin ailəsinə bu qəsəbədəki evlərini boşaltmaları üçün möhlət verib ki, sonra onu dağıtsınlar.

İşğal altındakı Qüdsdə 275 müqavimət əməliyyatı həyata keçirilib.

Muti Statistika Mərkəzi hesabatında bu ilin əvvəlində (2023) işğal altındakı Qüdsdə müqavimət əməliyyatlarının artdığını açıqlayıb.

Bu hesabata görə, bu ilin əvvəlindən işğal altında olan Qüdsdə 275 müqavimət əməliyyatı keçirilib, nəticədə 9 sionist öldürülüb, 35 nəfər isə yaralanıb.

Bu əməliyyatların 12-si işğal altındakı Qüdsdə fələstinli gənclərin həyata keçirdiyi atışma əməliyyatları olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + fourteen =