İordan çayının qərb sahilində iki fələstinli gəncin şəhid olub və bir sionist əsgər yaralanıb

İordan çayının qərb sahilində iki fələstinli gəncin şəhid olub və bir sionist əsgər yaralanıb

İbrani mənbələr Nablusun şərqində iki fələstinli gəncin şəhadətini, həmçinin Hebronda bir sionist əsgərin yaralandığını bildiriblər.

İRNA-nın məlumatına görə, bu gün axşam saatlarında (çərşənbə axşamı) Nablus şəhərinin (şərqində yerləşən “Deyrəl-Hətab” kəndində işğalçı rejim əsgərlərinin atəşə tutması nəticəsində iki fələstinli gənc şəhid olub.

İbranidilli media israilli əsgərlərin Nablusdakı nəzarət-buraxılış məntəqəsində atəş açmaq bəhanəsi ilə iki fələstinlini öldürdüyünü yazıb.

Əl-Cəzirə xəbər kanalı bu iki fələstinli gəncin Nablusun şərqindəki Deyrəl-Hatab kəndində yerləşən “Aun Morye” qəsəbəsi yaxınlığında işğalçı qüvvələrlə silahlı toqquşmalarda şəhid olduğunu bildirib.

Eyni zamanda sionist mənbələr Hebronun Kiryat qəsəbəsi yaxınlığında soyuq silah əməliyyatı zamanı bir sionist əsgərin yaralandığını bildiriblər.

Bu arada Fələstin müqavimət qrupları öz dövri görüşlərindən sonra bəyanat verərək elan ediblər ki, sionist rejimin təhdidləri Fələstin xalqını qorxutmayacaq və bu rejim törətdiyi hər bir cinayətin əvəzini verəcək.

Bu bəyanatda deyilir: İordan vadisində, işğal altında olan Tel-Rəbidə qəhrəmancasına əməliyyatlar, Qəzza, Livan və Suriyada raket hücumları, xalqımızın işğal olunmuş ərazilər daxilində dəstəyi və işğal altındakı İordan çayının qərb sahilində davamlı və artan mübarizələr birlik və həmrəylik nümayiş etdirir. Bu, işğalçı rejimlə qarşıdurma və münaqişənin vahid cəbhədə birləşdiyini göstərir və millətimizin düşmənə qalib gəlmək qabiliyyətini sübut edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =