İordan çayının qərb sahilində Sərayəl-Qüdsə bağlı “Tobas ” qrupunun mövcudluğunu elan edilib

İordan çayının qərb sahilində Sərayəl-Qüdsə bağlı “Tobas ” qrupunun mövcudluğunu elan edilib

Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsə bağlı “Tobas” qruplaşması İordan çayının qərb sahilində varlığını açıqlayıb.

Sərayəl-Qüds (Fələstin İslami Cihad Hərəkatının hərbi qolu) ilə əlaqəli “Tobas” qruplaşması Qərbdə Cənin şəhərinin cənub-şərqində yerləşən Tobas vilayətinin mərkəzi Tobas şəhərində mövcud olduğunu açıqlayıb.

Bazar günü səhər bu qrup Tobas şəhərinə hücum edən İsrail işğalçı qüvvələri ilə qarşı-qarşıya gəlib və bu qruplaşmanın döyüşçüləri ilə sionist əsgərlər arasında toqquşma baş verib.  Nəticədə sionistlərin maşınları sıradan çıxıb.

Sosial şəbəkələrdə sionist rejim əsgərlərinin cipinin alovlandığı bu münaqişənin videosu da yayımlanıb.

 “Əl-Əhd” saytının məlumatına görə, sözügedən qrup bəyanat yayaraq, bu qruplaşmanın döyüşçülərinin bu gün səhər saatlarında Tobas şəhərinə hücum edən işğalçı qüvvələrlə döyüşdüyünü açıqlayıb.

Bu bəyanatda “Tobas” qruplaşmasının cihad fəaliyyətinə məhz bu münaqişə ilə başladığı bildirilir və düşmənə qarşı cihad və müqavimətin qələbə və torpaqların azad edilməsinə qədər davam edəcəyi vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + fifteen =