İordan çayının qərb sahilində şiddətli qarşıdurmalar davam edir: Onlarla fələstinli yaralanıb

İordan çayının qərb sahilində şiddətli qarşıdurmalar davam edir: Onlarla fələstinli yaralanıb

Fələstin mənbələri işğal altındakı Qüds, Nablus və Cənin şəhərlərinin şimalında yerləşən qərbi Sələfit bölgəsində şiddətli qarşıdurmaların baş verdiyini və onlarla Fələstin vətəndaşının yaralandığını bildirib.

Fələstinin Səhiyyə Nazirliyi qərbi Sələfitdəki toqquşmada beş Fələstin vətəndaşının yaralandığını, onlardan ikisinin sinəsindən güllə yarası aldığını və vəziyyətinin ağır olduğunu açıqlayıb.

Sələfit Dövlət Xəstəxanasının rəhbəri Məhəmməd Ər-Ramhi güllə yarası alan yaralılardan 5-nin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

O, əlavə edib ki, yaralılardan ikisi ayağından, biri isə çiynindən güllə yarası alıb.

 “Şahab News” xəbər saytının məlumatına görə, toqquşmalar sionist əsgərlərin Cəninin şəhidlərinin şəkillərinin yer aldığı plakatları kənddən yığışdırmasından sonra başlayıb.

Həmçinin sionist mühacirlər Nablusun cənubundakı Eynabus qəsəbəsinə hücum edərək bu şəhərin sakinləri ilə toqquşublar.

Sionist mühacirlər sionist ordusunun dəstəyi ilə işğal altındakı Qüdsün Ummu Tuba kəndi, Həyyəl-Şeyx Cərrah və Sur Bahir kəndinin sakinlərinə hücum ediblər.

Əl-Mənar şəbəkəsinin xəbərinə görə, motosikletli bəzi fələstinlilər də Cəninin şimalında yerləşən Əl-Cəlmə keçidinə iki əldədüzəltmə bomba atıblar, başqa bir əməliyyatda isə fələstinli gənclər Nablusun cənubundakı Havara şəhərində işğalçı rejimə aid hərbi məntəqəni yandırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =