İordan çayının qərb sahilində sionist əsgərlər tərəfindən 16 fələstinli həbs olunub

İordan çayının qərb sahilində sionist əsgərlər tərəfindən 16 fələstinli həbs olunub

Sionist rejim əsgərləri ötən gecə və bu gün səhər İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 2-si İslami Cihad komandiri olmaqla, 16 Fələstin vətəndaşını həbs ediblər.

Mehr xəbər agentliyinin Şahab News-a istinadla verdiyi xəbərə görə, sionist rejim ordusunun əsgərləri dünən gecə və bu cümə axşamı səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif bölgələrində fələstinlilərin həbsinə başlayıblar.

Bu həbslər sionist qüvvələrin İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücumu ilə müşayiət olunub və bu zaman 16 Fələstin vətəndaşı sionist rejim əsgərləri tərəfindən həbs edilib.

Fələstin Əsirləri İnformasiya İdarəsi sionist rejim əsgərlərinin Hebronun şimalında və İordan çayının qərb sahilinin cənubunda yerləşən Beyt Əmr qəsəbəsində 13 fələstinlini həbs etdiklərini açıqlayıb.

İslami Cihad hərəkatının komandirlərindən Sultan Xuluf və Hilal Xuluf da sionist rejim əsgərləri tərəfindən Cenin şəhərində həbs edilib.

Nablusda sionist rejimin əsgərləri Ən-Nəcah Universitetinin fələstinli tələbəsi Cəfər Mərvanın evinə basqın etdikdən sonra, onu Nablusun cənubunda yerləşən Qablan şəhərində həbs ediblər.

Sionist ordunun Qəzza zolağında yaşayan fələstinli balıqçılara qarşı mənfur hərəkətlərinin davamı olaraq bu gün səhər saatlarında bu rejim ordusunun qayıqları Qəzza zolağının şimal-qərb sularında Fələstin balıqçı gəmilərindən birinə atəş açıblar.

Fələstin Balıqçılar Birliyi sionist əsgərlərin atəşə tutması zamanı fələstinli balıqçılardan birinin güllə ilə yaralandığını, lakin onun ümumi vəziyyətinin stabil olduğunu açıqlayıb.

Həmçinin, sionist rejim bir bəyanatda Nablusda yerləşən Əsgər düşərgəsində yaşayan fələstinli məhbus Xalid Xuruşenin evini dağıtmaq niyyətində olduğunu bəyan edib.

Sionist ordu bəyan edib ki, buna səbəb Xalid Xuruşenin ötən fevral ayında sionistlərə qarşı əməliyyatda iştirak etməsi olub və bu əməliyyat zamanı 2 sionist mühacir öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =