İordan çayının qərb sahilində sionist hərbçilərin fələstinliləri atəşə tutması nəticəsində 12 nəfər yaralanıb

İordan çayının qərb sahilində sionist hərbçilərin fələstinliləri atəşə tutması nəticəsində 12 nəfər yaralanıb

İordan çayının qərb sahilində sionist hərbiçilərin fələstinlilərin şəhərsalma əleyhinə yürüşləri zamanı açdıqları atəş nəticəsində onlarla insan yaralanıb.

İsrail ordusunun İordan çayının qərb sahilində Nablusun şərqindəki Beyt Decan kəndinə hücumu nəticəsində 32 fələstinli yaralanıb.

Fələstin Əl-Youm-un məlumatına görə, Fələstin Qızıl Aypara Cəmiyyəti iddia edib ki, işğalçı qüvvələr Nablusun şərqində anti-sionist məskunlaşma əleyhinə yürüş iştirakçılarına həqiqi güllə ataraq ən azı 12 nəfəri yaralayıb.

Bu ərazinin tibb işçilərinin məlumatına görə, ən azı 20 nəfər sionist hərbiçilərin atdığı gözyaşardıcı qazı udmaq nəticəsində yaralanıb və onlar sahədə müalicə olunublar.

Sionist hərbiçilər Kəfr Qəddum kəndində bu bölgədə həftəlik məskunlaşma əleyhinə yürüşdə iştirak edən və işğalçı rejimin həbsxanalarındakı xəstə məhbuslarına, o cümlədən Nasir Əbu Həmidə dəstək verən fələstinliləri yaralayıb.

İşğalçı qüvvələr etirazçılara plastik güllələr ataraq, ən azı 5 gənci yaralayıb, onlarla gənc isə gözyaşardıcı qazlardan xəsarət alıb və onlara ambulator yardım göstərilib.

Yürüş iştirakçıları cümə namazından sonra işğalçı rejim əleyhinə şüarlar səsləndirərək sionist rejimin fələstinli məhbuslara qarşı tibbi səhlənkarlıq siyasətini pisləyib və Əbu Həmidə dəstək verib və sionist rejimin təcavüzü və cinayətlərini pisləyən küçə etirazlarının yayılmasını istəyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 7 =