İordan çayının qərb sahilində sionistləri daşıyan avtobusa atəş açılıb

İordan çayının qərb sahilində sionistləri daşıyan avtobusa atəş açılıb

İordan çayının qərb sahilinin şimalında Fələstin müqavimət qüvvələri ən azı 8 güllə ilə israilliləri daşıyan avtobusa atəş açıb.

  Sionist və Fələstin xəbər mənbələri, Nablusun cənubunda (İordan çayının qərb sahilinin şimalında) yerləşən Havara yaxınlığında israilli mühacirlər olan avtobusun hədəf alındığını bildirib.

Səma xəbər agentliyi sionist mənbələrə istinadən xəbər verir ki, avtobusa bir neçə güllə ilə atəş açılıb və İsrail əsgərləri əməliyyatın keçirildiyi ərazini mühasirəyə alıb və heç kimin bu bölgədə səyahətinə icazə verməyib.

Lakin Səbəq-24 xəbər agentliyi Fələstin müqavimət qüvvələrinin bu avtobusa 8 güllə atdığını və dərhal əməliyyat yerindən qaçmağa müvəffəq olduğunu bildirib. Bu əməliyyatın mümkün itkiləri ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

Fələstinli döyüşçülərin israilli mühacirlər və sionist əsgərlərə qarşı şəhadət əməliyyatları genişlənir. İyunun sonunda İsrail mediası 4 sionist mühacirin İordan çayının qərb sahilinin şimalında yerləşən işğal altındakı “İli” qəsəbəsində yanacaqdoldurma məntəqəsi yaxınlığında fələstinlilərin atışma əməliyyatı nəticəsində öldürüldüyünü bildirib. Bu əməliyyatda daha dörd sionist yaralanıb.

Mütəxəssislər bildirirlər ki, bu əməliyyatlar və müvəqqəti sionist rejimin gərgin daxili vəziyyəti bu rejimin qeyri-müəyyən vəziyyətlə üzləşməsinə səbəb olub. Bu gün axşam saatlarında bu rejimin parlamenti geniş etiraz və tətil dalğasına səbəb olan məhkəmə dəyişiklikləri haqqında qanun layihəsini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 11 =