İordan çayının qərb sahilində son 24 saat ərzində 15 müqavimət əməliyyatı keçirilib

İordan çayının qərb sahilində son 24 saat ərzində 15 müqavimət əməliyyatı keçirilib

 Fələstin İnformasiya Mərkəzi son 24 saat ərzində “Əqsa Tufanı” əməliyyatı ilə həmrəylik məqsədilə Qüds də daxil olmaqla İordan çayının qərb sahilində 15 müqavimət əməliyyatının qeydə alındığını bildirib.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata görə, İordan çayının qərb sahilindəki müqavimət əməliyyatları arasında silahlı toqquşmalar, atışmalar, partlayıcı maddələrin atılması və nümayişlər keçirilib.

Fələstin İnformasiya Mərkəzi, İordan çayının qərb sahilində son 24 saat ərzində həyata keçirilən ən mühüm əməliyyatlar arasında Cenində İsrail əsgərləri ilə silahlı toqquşma və İsrailə məxsus hərbi maşının partladılması olduğunu açıqlayıb.

Bu xəbərə görə, Tulkərəm düşərgəsində də müqavimət qüvvələri ilə İsrail ordusu əsgərləri arasında toqquşmalar baş verib və müqavimət döyüşçüləri işğalçı İsrail əsgərləri ilə qarşılaşarkən əldəqayırma partlayıcı qurğunu işə salıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =